Maraqlı

Məşuqəsi ilə gündəmə gələn kral indi də qızıl silahı ilə görüntüləndi - FOTO

19 Yanvar 2020 14:52
0 Şərh     Baxış: 2 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hərbi andiçmə mərasimində qeyri-adi şəkildə iştirak edən kral klassik bir maşınla gəlib. Ancaq ən çox diqqəti cəlb edən bir silah olub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, söhbət Tayland kralı Maha Vajiralongkorn və onun mühafizəçilərindən gedir.

Fövqəladə evliliyi, rəsmi məşuqəsi, geyimləri və geri aldığı titulları ilə dünya gündəmindən düşməyən kral bu dəfə gözlənilməz andiçmə mərasimi ilə diqqət çəkib.

Döyüş təyyarələrinin və tankların da iştirak etdiyi andiçmə mərasimində kürsüyə çıxan kral Maha, ona sədaqət andı verən əsgərlərə təşəkkür edib.

Kral mühafizəçilərinin qızıl silahları mərasimdə müzakirələrə səbəb olub.

Ötən ilin oktyabr ayında Krallığın müdafiə xərclərinin 40 milyard dollardan çox artdığı bildirilirdi. Səbəb isə ordunun bəzi əsas bölmələrinin birbaşa onun komandanlığına keçirilməsi idi.

Tayland kralının keçmiş qadın mühafizəçisi, 34 yaşlı Sineenat Wongvajirapakdini həyat yoldaşının gözləri önündə məşuqəsi elan etməsi də gündəm olmuşdu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.