Maraqlı

Amerikalı alimdən uzunömürlülük sirri

19 Yanvar 2020 14:46
0 Şərh     Baxış: 4 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lourens Cozef Ellison adına Transformativ Tibb İnstitunun təsisçisi, alim Devid Anqus "Sağlam Moskva" assambleyasında uzunömürlüyüyün sirrini açıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Lenta.ru" xəbər verib.

Ekspert yalnız təbii qidadan istifadənin zəruriliyini, vitamin və qida əlavələrindən imtina etməyi qeyd edib. Mütəxəssis, həmçinin qeyd edib ki, peyvəndlər barədə də unutmamaq lazımdır, xüsusilə də qripə qarşı. Alim nahar vaxtı bir bakal keyfiyyətli şərab içməyi məsləhət görüb. "Və ən əsası! Tənha qalmayın", - Anqus əlavə edib.

O, insanları bütün işlərini yatmazdan iki saat əvvələdək yekunlaşdırmağa çağırıb. Anqus orqanizmi rejimə öyrəşdirməyin və sakit, komfortlu yataq yeri yaratmağın vacibliyini vurğulayıb. Bundan başqa, alim daim hərəkətdə olmağı, təkcə idman zalı ilə kifayətlənməməyi məsləhət görüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.