Maraqlı

Opel ralli elektrokarının sınaqlarına başlayıb - FOTO

25 Yanvar 2020 23:01
0 Şərh     Baxış: 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Opel şirkəti Corsa-e modelinin ralli versiyasının sınaqlarına başlayıb. Elektrokar, "uşaqlıq xəstəliklərini" müəyyənləşdirmək və proqram təminatını tənzimləmək üçün poliqonda sınaqdan keçiriləcəkdir. Elektrokarın "döyüş" rejimindəki debütü isə gələn ilin yayında baş tutacaqdır: Corsa-e hetçbeki ADAC avtoklubunun himayəsi altında keçirilən Opel e-Rally Cup monokubokunun rəsmi avtomobili olacaqdır.

Opel şirkətinin avtoidman bölməsinin direktoru Yorq Şort, test elektromobillərinə yarış rejimində asfaltda və yolsuzluqda mümkün olduğu qədər çoxlu məsafə qət etmələrinin vacib olduğunu bildirib. Səbəb isə bəllidir - alman markasının rallidə kifayət qədər təcrübəsi yoxdur. Alman markasının mütəxəssisləri Corsa-e ralli avtomobilini hazırlayarkən kompüter modelləşdirməsi texnologiyalarından istifadə ediblər.  İndi isə, mühəndislər nəzəri məlumatları praktiki məlumatlar ilə müqayisə etməlidirlər.

Testlərin əsas vəzifəsi proqram təminatının tənzimlənməsi, batareya blokunun iş alqoritmlərinin dəyişdirilməsi və şassinin təkmilləşdirilməsi olacaqdır. Ralli Corsa-e modeli standart güc qurğusunu - 136 at güvvəsinə malik olan elektrik mühərrikini və 50 kVs tutumlu batareyanı qoruyub- saxlayacaqdır. Sürücü güc qurğusunun üç iş rejimindən birini seçə bilər: maksimum səmərəliliyi təmin edən Competition, sürüşkən səthlərdə idarəetmə üçün nəzərdə tutulmuş Rain, həmçinin texniki xidmət və xüsusi hissələrdən kənarda hərəkət etmək üçün hazırlanmış Eco rejimi.

Opel e-Rally Cup monokupunun yeniyetmələr üçün nəzərdə tutulmuş Opel Adam Cup seriyasını əvəz etməsi planlaşdırılır.  Elektrokarların yarışı Almaniya ralli çempionatının mərhələləri ilə eyni vaxtda keçiriləcəkdir. Opel şirkətinin hesablamalarına görə,Corsa-e yarış hetçbekinin satış qiyməti 50 min avrodan çox olmayacaqdır. Cəmi 15 müştəri avtomobili hazırlanacaqdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.