Maraqlı

Pininfarina-dan yeni dəbilqə

25 Yanvar 2020 22:30
0 Şərh     Baxış: 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtalyan Pininfarina şirkəti, yarış formalarının istehsalçısı Roux Racing SRL firması ilə birlikdə hazırladığı Cool-X adlanan su ilə soyutma sisteminə sahib olan yeni dəbilqə xəttini təqdim edib. Maye dövriyyəsi, pilotun başının istiliyini Selsi üzrə 11,1 dərəcə səviyyəsində sabit saxlamağa imkan verir. Qabaqcıl dəbilqələrin satışına 2020-ci ilin yazında başlanacaqdır.

Pininfarina, sertifikatlaşdırma və istehsal materiallarının səviyyəsinə görə fərqlənən yeni dəbilqənin yeddi variantda satışa çıxarmaq niyyətindədir. Hələlik, maksimal qorunma dərəcəsinə malik olan iki variant mövcuddur: birinci variant  açıq təkərli "formula" çempionatlarında yarışan pilotlar üçün hazırlanmış, FIA 8860 (2018) və Advanced Ballistic Protection (ABP) kimi ən sərt təhlükəsizlik standartlarına cavab verir. İkinci variant isə, qapalı kokpitə malik olan avtomobillərdə yarışan pilotlara ünvanlanıb və Gran Turismo çempionatlarında istifadə edilə bilər.

Su ilə soyudulan dəbilqənin yaradıcıları yeni texnologiyanın pilotlar üçün rahat şərait yaradacağını, başa düşən yükü azaldacağını və bu sayədə idmançıların pilotaja daha çox diqqət yetirəcəyini vurğulayıblar. Bundan əlavə, yeni dəbilqə içməli suyun verilməsi üçün su borusu, həmçinin səs-küyün azaldılması funksiyasına malik olan mikrofon və dinamiklərdən ibarət səs sistemi ilə təchiz ediləcəkdir.

Pininfarina mütəxəssisləri yeni dəbilqənin aerodinamik gövdəsi, yüngül çəkisi, həmçinin HANS sistemi üçün nəzərdə tutulmuş daha rahat qoşma nöqtələri ilə fərqləndiyini qeyd ediblər. Bununla belə, istehsalçı dəbilqənin dəqiq kütləsini səsləndirməyib. Xatırladaq ki, Formula 1 pilotlarının dəbilqələrinin çəkisi bir kiloqramdan bir qədər çoxdur.

Qoruma səviyyəsindən və istifadə olunan materiallardan asılı olaraq, innovativ dəbilqələrin qiyməti 1200 ilə 5000 dollar arasında dəyişəcəkdir. Pininfarina dəbilqənin tam qiymət cədvəlini 2020-ci ilin yazında, yeni avtoidman mövsümünün başlanmasından öncə dərc etməyi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.