Maraqlı

Jeep Wrangler qoşulan hibrid olacaq - FOTO

28 Yanvar 2020 23:58
0 Şərh     Baxış: 1 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni daxil olduğumuz 2020-ci ili Jeep şirkəti tamamilə elektrikləşdirməyə həsr edəcəkdir. İlkin olaraq, konveyer həyatına Renegade və Compass modellərinin hibrid versiyaları başlayacaqdırlar. Bu modifikasiyalar hələ keçən ilin yazında seriyaöncəsi versiyasında debüt etmişdilər. Sonradan bu modellərə klassik Wrangler ofrouderi də qoşulacaqdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, bunun təsdiqi olaraq, Jeep şirkəti Las Veqasda keçirilən İstehlak elektronikasının sərgisində ofrouderin hibrid modifikasiyasını nümayiş etdirib. Əslində, formal olaraq "Renqler" modelinin hibrid modifikasiyası indi də mövcuddur - bu, 2,0-litrlik turbomühərrikə yardım edən startyor-generatoru olan "yumşaq" hibriddir. Lakin, bu gün təqdim edilmiş Wrangler ofrouderi PHEV-dir - yəni, məişət elektrik şəbəkəsinə qoşulan hibrid.

Lakin, amerikan istehsalçısı avtomobilin hibrid güc qurğusu barədə təfərrüatlarla bölüşməyib. Buna baxmayaraq, Jeep Wrangler  modelinin rama, bütov arxa körpü və paylayıcı qutu olan konstruksiyasını qoruyub-saxladığını söyləmək olar. Ən maraqlısı odur ki, sərgidə nümayiş etdirilmiş hibrid ən ekstremal verisya olan Rubicon modifikasiyasının əsasında hazırlanıbdır.

Əvvəllər, şirkət rəhbərliyi elektrikləşdirmənin Jeep modellərinin yolsuzluqdakı imkanlarını genişləndirəcəyini bildirmişdilər. İstənilən halda, Jeep Wrangler PHEV modeli haqqında ətraflı məlumat bu ilin sonunda, hibrid modelin istehsalına başlanan zaman veriləcəkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.