Maraqlı

17 yaşlı qız gülən kimi iflic olur - Nadir sindrom

17 Yanvar 2020 21:41
0 Şərh     Baxış: 1 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17 yaşlı qız gülməmək üçün mübarizə aparır. Qız gülən kimi paralic olur.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu nadir sindromun adı Katapleksiyadır.

Belə ki, xəstə güclü emosinal vəziyyətdə - ağlamaq, qorxu, gülmək zamanı əzələlərə beyinin nəzarəti itir, qıcolma və iflic baş verir.

Tutmalar bir neçə dəqiqədən saata kimi çəkə bilər.

17 yaşlı Billi Hodcson gecələr yata bilmir, ancaq gündüzlər yuxuya gedir.

Gülən zaman bədənində baş verən anormal spazmlar səbəbindən qız həmyaşıdları ilə ünsiyyətdən qaçır, deyib gülmür, komediyalara baxmır.

"Özümü gülməkdən saxlamaq mənə çox çətindir. Çünki şən, optimist insanam. Dostlarım yanımda olanda çalışırlar şənlənməsinlər, kimsə gülsə dərhal yanımdan qaçır, onlar da mənim kimi qorxur- deyə qız həyatının çətinliklərini danışıb.

Bu xəstəliyin hələ ki, müalicəsi yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.