Maraqlı

Tarixdə Təbəri adlı bir neçə alim olmuşdurmu?

19 Yanvar 2020 20:15
0 Şərh     Baxış: 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təbəristan hazırda İran ərazisində yerləşən bir məntəqənin adıdır. Buradan çıxmış məşhur şəxslər özlərinə Təbəri və Təbərani nisbəsini (ləqəbini) götürmüşlər. Tarixdə Təbəri kimi tanınan bir neçə alim olmuşdur. Bunların ən tanınmışı Əbu Cəfər Mühəmməd ibn Cərir Təbəridir (839-923). Təbəri məşhur tarix və təfsir kitablarının müəllifidir. Onun məzhəbi barədə fikir ayrılığı vardır. Bir qism tədqiqatçılar onun şiə olduğunu iddia etsələr də, əksəriyyətin fikrincə Təbəri əhli-sünnə məzhəbinə etiqad etmişdir. Onun ənənəvi əhli-sünnə məzhəbi olan şafiiliyə mənsub olması yaxud Cəririyyə adlı yeni məzhəb yaratması da ixtilaflı məsələdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, adı, atasının adı və künyəsi onunla eyni olan başqa bir Təbəri ləqəbli alim də miladi IX-X əsrlərdə yaşamışdır. Şiə məzhəbindən olan bu alim "əl-Müstərşid" adlı kitabın müəllifidir. Bəzi tədqiqatçılar "Dəlail əl-imamə" adlı daha bir kitabı da ona mənsub edirlər. Amma bəzi alimlərin fikirncə, bu əsəri miladi X-XI əsrlərdə yaşamış Təbəri ləqəbli daha başqa bir şiə alimi qələmə almışdır.

Nəhayət, miladi XII əsrdə yaşamış İmadəddin Təbəri adlı alim də şiə əqidəsinə inanmışdır, onun "Kamili Bəhai" kitabı çox məşhurdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.