Maraqlı

Təvəkkül etməyin həddi nədir?

19 Yanvar 2020 19:05
0 Şərh     Baxış: 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təvəkkül ərəb dilindən tərcümədə "vəkil bilmək, vəkil kimi qəbul etmək" mənasını verir. Dini anlamda hər bir məsələdə Allaha arxayın olmaq, hər şeyi Onun öhdəsinə buraxmaq deməkdir. Qurani-Kərimdə təvəkkül möminin ən gözəl xüsusiyyətlərindən biri kimi göstərilir: "Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah öz əmrini yerinə yetirəndir" (Talaq, 3).

Qurani-Kərimdə Peyğəmbərə əmr edilir ki, yalnız Allaha təvəkkül etsin: "Yenilməz qüdrət sahibinə, mərhəmət sahibinə təvəkkül et!" (Şüəra, 217).

Bununla belə, dinimizdə başqasına möhtac olmaq dərəcəsində təvəkkül etmək bəyənilmir və hər zaman ehtiyatla, tədbirlə davranmaq məsləhət görülür. Bəziləri yanlışlığa yol verərək özlərini qəsdən təhlükəyə atır, "Allaha təvəkkül" deyirlər. Yaxud ruzi ardınca getmir, "Allah ruzimi yetirəcək, mən Ona təvəkkül edirəm" söyləyirlər. Təvəkkül odur ki, insan əvvəlcə sağlam məntiqin tələb etdiyi və dini göstərişlərə uyğun olan tədbirləri görsün, sonra Allaha arxalansın. Toxum əkmədən Allahın buğda cücərdəcəyini düşünmək təvəkkül deyil, ağılsızlıqdır.

Həzrət Mühəmməd Peyğəmbər (s) onunla görüşə gəlmiş bir ərəbdən soruşdu ki, dəvəni harada qoyub gəlmisən? Ərəb cavab verdi ki, Allaha təvəkkül edib dəvəni özbaşına buraxdım. Peyğəmbər buyurdu: "Dəvənin ayaqlarını bağla, sonra Allaha təvəkkül et!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.