Maraqlı

Nifrət edilən halal

19 Yanvar 2020 22:40
0 Şərh     Baxış: 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrət Peyğımbər (s) buyurur: "Allah yanında ən çirkin halal - boşanma, təlaqdır".

İslam dini evliliyi bəyənir, təlaqa isə nifrət edir. Dinimiz qadınla kişini ailə qurmağa dəvət edir və bu əmələ təşviq edir. Eyni zamanda təlaqın çirkinliklərindən də söz açır və insanları ondan çəkindirir.

İslam Peyğəmbəri (s) buyurur: "Allah yanında heç bir şey o ev kimi sevimli deyildir ki, evlilik vasitəsilə abad olar. Heç bir şey o ev qədər nifrət olunan deyildir ki, İslamda təlaq vasitəsilə xarab olar".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Evlənin və təlaq verməyin. Çünki təlaq, Allahın ərşini titrədər".

Ona görə də dinimizdə boşanma - çox məzəmmət olunan əməllərdən biridir.

Ancaq İslam dini kamil olduğu üçün onu başqa dinlər kimi haram elan etməmişdir. İslamda boşanma - bəyənilməyən, hətta nifrət olunan halal hökmündədir. "Əgər (təsadüfən) o ikisi (ərlə arvad) bir-birindən ayrılsalar, Allah onların hər birini Öz(rəhmətinin) genişliyi ilə ehtiyacsız edər. Allah həmişə geniş (vücud, qüdrət, elm və rəhmət) və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir". ("Nisa" 130).

Müsəlmanlar gərək nifrət olunan bu halaldan çəkinsinlər, çünki ərşi titrədə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.