Maraqlı

Ana südündə gizlənən möcüzəvi qüvvə

19 Yanvar 2020 19:55
0 Şərh     Baxış: 1 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurani-Kərim - Allahın kəlamı və ən üstün səma Kitabıdır ki, dünyaya nazil olmuşdur. Bu Kitabı cürətlə bəşərin ən kamil kitabı adlandırmaq olar. Bu kitabda dini, tərbiyəvi və əxlaqi tərbiyədən əlavə, çox sayda elmi sirlər də gizlənmişdir ki, inşəallah zühurdan sonra hamısı aşkar olacaqdır.

"Bəqərə" surəsində belə bir ayə vardır ki, buyurulur: "Analar öz övladlarına iki il tamam süd verməlidirlər. Bu (göstəriş), (körpənin) süd əmmə müddətini kamil etmək istəyən kəs üçündür. Onların ruzi və geyimi(ni) orta həddə (təmin etmək) körpənin sahibinin (atasının) öhdəsinədir. Heç kəsin boynuna qüdrətindən artıq vəzifə qoyulmur. Nə ana övladına görə ziyana düşməlidir və nə də körpənin sahibi körpəsinə görə (nə ana havayı süd verməyə məcbur edilməlidir, nə də ata artıq pul ödəməlidir).

Ata-ana (öz aralarındakı ixtilafa görə) öz övladlarına zərər və ziyan vurmamalıdırlar. Belə bir vəzifə həm də (atanın) varisin(in) öhdəsinədir (ki, əgər ata ölsə və miras həmin körpəyə qalsa, yuxarıda deyilən şərtlərlə ananın dolanışığı həmin maldan ödənilməlidir). İndi əgər ata və ana aralarındakı razılıq və məsləhətləşmə əsasında (nəzərdə tutulan zamandan qabaq körpəni) süddən ayırmaq istəsələr, onlara günah yoxdur.

Və əgər övladlarınıza süd vermək üçün dayə (tutmaq) istəsəniz, verməli olduğunuz şeyi yaxşılıqla və gözəl bir şəkildə ödəyəcəyiniz təqdirdə sizə bir günah yoxdur. Allahdan qorxun və bilin ki, Allah etdiklərinizi görəndir". ("233).

Bu ayə buyurur ki, analar övladlarına iki il kamil şəkildə süd verməlidirlər. Əvvəl bu ayəyə baxanda, onun ancaq əhkami tərəfini görmək olur, ancaq əgər bir qədər təfəkkür etsək və diqqətlə baxsaq, görərik ki, ana südündə möcüzəvi bir qüvvə gizlənmişdir.

Bu günün inkişaf etmiş texnika və elmi nailiyyətləri onu göstərir ki, ana südü əvəzolunmaz bir qidadır ki, körpəni hər tərəfli təmin edir.

Heç bir süd bu südün yerini verə bilməz. Elm deyir ki, ana südünün faydaları vardır, o cümlədən:

1. Tənəffüs, sidik və qulaq iltihablarının qarşısını alır.

2. Ani ölümün qarşısını alır.

3. Dərk qabiliyyətini yüksəldir.

4. Diabet riskini azaldır.

5. Köklük riskini azaldır.

6. Allergiya həssaslığını azaldır.

7. İmmun sistemini gücləndirir.

8. Astma və ürək xəstəlikləri riskini azaldır.

9. Ana ilə övlad arasında olan sevgi bağlarını möhkəmləndirir.

10. Sinə xərçənginin qarşısını alır.

11. Anada ürək xəstəlikləri riskini azaldır.

12. Diabet xəstəsi olan analarda insulinin miqdarını azaldır.

Ana südünün əsil möcüzəsi ondadır ki, körpə 2 il süd ilə qidalanmalıdır. Qurani-Kərim bu mövzuya təkid etmişdir. Bu ayədən belə nəticəyə gəlmək olur ki, hər kim 2 il süd verərsə, o zaman həmin südün körpə üçün faydası olar.

Son zamanlar aparılan tədqiqatlar göstərmişdir ki, körpə o zaman süddən lazımınca fayda ala bilər ki, 2 il ondan yeyə bilsin. Bu həqiqəti nüfuzlu beynəlxalq tibb mərkəzləri də təsdiq etmişdir.

Bəli, ana südü - əvəzsiz bir qidadır ki, körpəni hərtərəfli qidalandırar və onu, lazım olan bütün maddələr və vitaminlər ilə təmin edər. Süd, körpəni bir çox xəstəliklərdən qoruyar və ölüm riskini azaldar. Ana südü yeyən uşaqlar daha çox həssas olur və məhəbbət hissinə daha çox yer verirlər. Onlar nikbin baxışa malik sağlam körpələrdir ki, insanlarla çox tez rabitə qura bilir və valideynlərini sevirlər. Bu uşaqlar daha zirək və daha zehinli olurlar. Onların immun sistemi güclü olar və bir çox xəstəliklərdən amanda olarlar. Ona görə də cavan analar gərək körpələrini bu əvəzsiz qidadan məhrum etməsinlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.