Maraqlı

Yeni il bayramı günlərində nə axtarılıb?

15 Yanvar 2020 08:03
0 Şərh     Baxış: 1 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Yandeks" axtarış sistemində Yeni il bayramı günlərində istifadəçiləri maraqlandıran sorğular müəyyən edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şirkətin məlumatına görə, 2019-cu il dekabrın 31-dən 2020-ci il yanvarın 8-dək rusiyalılar axtarış sisteminə "siqareti atmaq", "içkini atmaq", "arıqlamaq", "qaçmağa başlamaq", "meditasiya etmək", "qazanmağa başlamaq" kimi sorğularla müraciət ediblər.

Bundan əlavə, istifadəçilər bayram günləri "Olivye" və "Mimoza" salatlarının reseptlərini tapmaq, Milad bayramı günləri isə fala baxmaq üçün axtarış aparıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.