Maraqlı

Metroda şalvarsız gün - Yüzlərlə ingilis qatara bu formada mindi - FOTO

13 Yanvar 2020 15:47
15 Şərh     Baxış: 3 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il də yüzlərlə ingilis "Metroda şalvarsız gün" aksiyasında iştirak edib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, bu gün səhər saatlarında Londonda yaşayan yüzlərlə şəxs alt paltarında metroya daxil olub.

Aksiyada iştirak edən kişilər və qadınlar metroya daxil olan kimi əyinlərində olan şalvar, şortik və ya ətəyi çıxarıb, alt paltarında qatara miniblər.

Aksiyaya "Chinatown"dan başlayan iştirakçılar müxtəlif qruplara bölünərək bir neçə stansiyada olublar. "Waterloo" stansiyasındakı aksiya iştirakçıları şalvarsız halda rəqs də ediblər.

Qeyd edək ki, aksiyanın məqsədi yanvar ayının depressiyasından qurtulmaqdır. Bu aksiyanın vətəni Nyu-Yorkdur. Belə ki, ilk dəfə 2002-ci ildə Nyu-Yorkda belə aksiya təşkil olunub.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.