Maraqlı

Rusiyalı məşhur pianoçu dəm qazından zəhərlənərək öldü

27 Dekabr 2019 19:54
1 Şərh     Baxış: 1 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

27 yaşlı rusiyalı pianoçu Elina Valiyeva sevgilisi ilə tətilə getdiyi Budapeştdə kirayələdiyi evdə dəm qazından zəhərlənərək həyatını itirib.

Milli.Az ''ölkə.az''a istinadən xəbər verir ki, Macarıstanın paytaxtı olan Budapeştə sevgilisi ilə birlikdə istirahətə gedən Elina hamamda dəm qazından zəhərlənib. Onun cəsədini sevgilisi aşkarlayıb. Hətta adının açıqlanmadığı sevgilisi belə dəm qazının təsiri ilə xəstəxanaya yerləşdirilib.

Belə ki, Elina Moskva Çaykovisky konservatoriyasının məzunu olub. 

Qeyd edək ki, Elina Valiyeva Ufada doğulub və dəfələrlə musiqi müsabiqələrinin qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.