Maraqlı

Mulsanne modelini Böyük Britaniyaya həsr ediblər - FOTO

18 Yanvar 2020 19:01
0 Şərh     Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bentley şirkəti və Mulliner atelyesi xüsusi olaraq Çin bazarı üçün nəzərdə tutulmuş və 15 nüsxəlik məhdud saylı tirajla buraxılacaq Limited Edition Mulsanne Extended Wheelbase sedanını təqdim ediblər. Məhdud seriyadan olan bayraqdar sedanlar kuzovun rəng variantları, həmçinin brendin yarandığı ölkəyə -Böyük Britaniyaya işarə edən dekoru ilə seçiləcəkdirlər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, məhdud saylı Bentley Mulsanne sedanlarını yalnız iki rəngdə sifariş etmək olar və onların hər ikisi də qaradır. Onyx adlandırılan tüng-göy rəngə dolğunluq vermək məqsədi ilə, onu daha tünd çalarlarla qarışdırıblar. Digər, Black Velvet adlanan rəngə isə, qara albalı çalarının alınması üçün qırmızı piqmenti əlavə ediblər.  Məlum məsələdir ki, boya əllə vurulur və bundan sonra sedanın kuzov cizgilərini vurğulayan qızılı xətlər çəkilir.  Bu möhtəşəmliyi 14-qollu 21-düymlük təkər diskləri və Double Diamond naxışı olan Serenity seriyasından olan radiator barmaqlığı tamamlayır.

Bentley Limited Edition Mulsanne Extended Wheelbase modelinin salonu yüksək keyfiyyətli nazik dəri, əsl metaldan və ağacdan hazırlanmış dekor elementləri ilə tərtib edilir. Londonun memarlıq görüntüsü olan simvolik təsvirlər hər bir oturacağa və ön panelin sərnişin tərəfindəki hissəsinə həkk edilir. Bundan başqa, sedan kandarlara vurulan və "Mulliner" yazısı həkk edilmiş paslanmayan poladdan lövhəciklərə və qapılardakı lampa-proyektorlara sahib olub.

Bentley Mulsanne EWB modelinin təkər bazası adi sedandan 250 millimetr genişdir. Bentley Mulsanne modeli 512 at qüvvəsi və  1020 Nm fırlanma anı hasil edən 6.75-litrlik V8 Twin Turbo mühərriki və ZF firmasının 8-diapazonlu avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Arxaçəkişli sedan yerindən 100 km/saat həddinə 5.5 saniyəyə sürətlənir. Maksimal sürət - 296 km/saatdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.