Maraqlı

Toyota "sığır testindən" sonra səsləndirilən tənqidlərdən nəticə çıxarıb - VİDEO

18 Yanvar 2020 19:30
0 Şərh     Baxış: 1 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Motor saytına Toyota şirkətinin RAV4 modelinin elektron sabitləşdirmə sistemi üçün başqa tənzimləmələri hazırladığını məlum olub. Xatırladaq ki, bir müddət bundan öncə isveçli jurnalistlər krossoverin "sığır testini" həyata keçirərək, krossoverin hibrid modifikasiyasının təhlükəsizlikyindən şübhə etdiklərini bildirmişdirlər. Sonradan narahatçılığa əsas olmadığı və avtomobilin bütün təhlükəsizlik standartlarına cavab verdiyi aşkar edilmişdi.

Bunlara baxmayaraq, Toyota müştərilərə elektron sabitləşdirmə sisteminin (VSC) iki tənizimləməsi arasında seçim təklif etmək qərarına gəlib: birinci halda sistem standart rejimdə işləyir, ikinci haldə isə,  məsələn, "sığır testinə" bənzər ekstremal vəziyyətlərdə daha tez işə düşür. Şirkət gələn ilin ortalarından gec olmayaraq çalışmaları tamamlamağı planlaşdırır ki, bundan sonra yeni tənzimləmələr Toyota RAV4 modelinin hibrid  modifikasiyası üçün əlçatan olacaqdır. Markanın Rusiya nümayəndəliyindən "Motor" nəşrinə  verilən məlumatda "krossoverin benzin versiyası da yenidən nəzərdən keçiriləcəyi" də bildirilib.

Xatırladaq ki, yeni nəsil Toyota RAV4 krossoveri İsveçin Teknikens Värld nəşrinin əməkdaşları tərəfindən keçirilmiş "sığır testində" uğursuzluğa düçar olmuşdu. "Sığır testi"  avtomobilin qəflətən qarşıya maneədən qaçmaq üçün edilən qəfil yerdəyişmə zamanı dayanıqlılığın sınaqdan keçirilməsidir. Jurnalistlər sınaqlar zamanı Toyota RAV4 modelinin müxtəlif nəticələr göstərdiyini qeyd ediblər. Krossover ya yana sürüşür, ya da ki, onun xarici təkərləri yerdən üzlür. Bir sözlə, avtomobili nəzarətdə saxlamaq çətinləşir. Jurnalistlər 68 km/saat sürətinə çatmağa müvəffəq olublar - sürətin artması ilə avtomobili nəzarətdə saxlamaq çətinləşib.

Sınaqların nəticələrinin dərc edilməsindən sonra Toyota rəsmi açıqlama vermişdi. Yapon markası müştərilərin təhlükəsizliyinin əvvəlki kimi şirkət üçün vacib olduğunu və hər bir avtomobilin təhlükəsizliyin qiymətləndirilməsi üzrə ciddi prosedurlardan keçdiyini qeyd edilmişdi. Toyota RAV4 modelinə gəldikdə isə, onun bütün daxili tələblərə cavab verdiyini, o cümlədən də "sığır testindən" uğurla keçdiyi bildirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.