Maraqlı

Demək olar ki çərçivəsiz “Redmi 13” noutbuku təqdim edilib

17 Dekabr 2019 08:55
0 Şərh     Baxış: 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Redmi" şirkəti dörd bir tərəfdən minimal çərçivəyə malik yeni "RedmiBook 13" noutbukunu təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "RedmiBook 13" noutbuku "Full HD " təsvir ölçülü 13,3 düymlük ekranla təchiz edilib. Noutbukun ölçüsü "A4" vərəqindən kiçikdir.

Cihaz adi kuler və diametri 6 mm olan ikiqat istilik borusundan ibarət təkmilləşdirilmiş soyutma sisteminə malikdir. Bu, istilik ayrılmasını 70% artırmağa imkan verib.

"RedmiBook 13" noutbuku 10-cu nəsil "Intel Core i5" və "Core i7" prosessorları, 8 QB əməli yaddaş və 512 QB-lıq SSD yaddaşla təchiz edilib. Noutbukun avtonom işləmə müddəti 11 saat təşkil edir. Bundan başqa, şirkət sürətli enerji doldurma texnologiyasını reallaşdırıb (35 dəqiqə ərzində noutbuku 50%-dək enerji ilə doldurmaq mümkündür).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.