Maraqlı

Məşqçi qızları döydü - VİDEO

13 Dekabr 2019 07:55
0 Şərh     Baxış: 1 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federasiyasının Udmurtiya respublikasında məşqçi voleybolçu qızları döyüb.

Milli.Az xəbər verir ki, internetdə yayımlanan videoda müəllim gənc idmançılara qarşı aqressiv hərəkətləri ilə narahatlıq yaradıb.

RİA Novosti xəbər verir ki, respublikanın idman naziri Aleksandr Varshavskinin sözlərinə görə, hadisə 2017-ci ildə Qlazov adına Gənclər Məktəbinin şagirdləri ilə oyun zamanı baş verib.

"Məşqçinin bu davranışını qərəzsiz və qəbuledilməz hesab edirəm. Bu təlim, məşqçilik və idman etikasına ziddir", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, uşaqlar həyatda və idmanda toxunulmazdır və buna bənzər metodlar tətbiq edilməməlidir.
O, bu hadisənin 2017-ci ildə baş verdiyini lakin bu barədə yalnız indi məlum olduğu üçün təəssüfləndiyini də bildirib.

Məşqçi işdən qovulub, araşdırma aparılır. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.