Maraqlı

Eyni kəmərda pozlar verdilər, dava düşdü

11 Dekabr 2019 21:14
4 Şərh     Baxış: 1 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli sənətçilər Beren Saat, Serenay Sarıkaya və Hadisənin eyni kəmərdən istifadə etməsi sosial mediada müzakirə mövzusu olub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, onların bir-birindən xəbərsiz dünyaca məşhur brend "Christian Dior"un kəmərinə müraciət etməsi fanatlar arasında dava salıb.

Belə ki, yaxın günlərdə yayımı planlaşdırılan "Atiye" serialına görə "Based İstanbul" dərgisinə müsahibə verən Beren Saat sözügedən kəmərdən istifadə edib. Həmçinin, tədbirlərin birində Serenay Sarıkaya və "O səs Türkiyə"nin çəkilişlərində Hadisə eyni aksessuarla səhnəyə çıxıb.

Nəticə kəmərin kimə daha çox yaraşması barədə səhifələrdə qarşılaşdırma aparılıb. Bu da pərəstişkarlar arasında davaya zəmin yaradıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.