Maraqlı

Azərbaycanlı repçilərdən silahlı insidentlə bağlı açıqlama

11 Dekabr 2019 19:54
0 Şərh     Baxış: 1 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün bundan əvvəl silahlı hücuma məruz qalan Aleksandr Əliyevlə (HammAli) Nəvai Bəkirov (Navai) ortaq açıqlama yayıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Rusiyada fəaliyyət göstərən azərbaycanlı repçilərin Mətbuat xidmətinin insidentlə bağlı açıqlamasında qeyd olunub ki, hadisədən əvvəl naməlum şəxslər ifaçıları maşınla izləyiblər:

"Əvvəlcə konsert keçiriləcək barda bombanın olması barədə naməlum zəng gəldi, musiqili gecə ləğv olundu. Daha sonra naməlum şəxslər repçiləri izləyərək atəş açıblar. Səslər həm maşında, həm də video müşahidə kameralarında əks olunub. İnsident travmatik silahla törədilib".

Bundan başqa, bəzi Rusiya KİV və sosial şəbəkələri iddia edir ki, belə bir hadisə törədilməyib, cütlük belə yalan məlumat yayaraq gündəmdə qalmaq istəyir. 

Navai sözügedən ittihamlara sosial şəbəkədə cavab verib: "Allaha şükür ki, bizim yaradıcılığımızın nə təbliğata, nə də reklama ehtiyacı var. Bizi reklamsız sevirlər, qulaq asırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.