Maraqlı

27 yaşlı qız görün nə ilə evləndi - FOTO

11 Dekabr 2019 21:42
10 Şərh     Baxış: 2 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Mançester şəhərində ağlasığmaz hadisə olub.

Milli.Az xəbər verir ki, 27 yaşlı Bekki Koks adlı qadın xalça ilə evlənib.

1 il əvvəl aldığı xalçanı çox sevdiyini dilə gətirən gənc qadın, onu ömür boyu qoruyacağına və qulluq edəcəyinə and içib: "Ona hər zaman göz-qulaq olmaq üçün zamanımın çoxunu sərf edirəm. Onu təmizləmək və hər zaman ən yaxşı formada görünməsini təmin etmək üçün çalışıram. Gündə bir neçə dəfə tozsoranlayıram. Artıq onsuz özümü təsəvvür edə bilmirəm. Onunla yatır, ən özəl düşüncələrimi ona söyləyirəm. Bundan daha xoşbəxt ola bilməzdim. Onunla Yeni ili qarşılamağı səbrsizliklə gözləyirəm".

Zarafatla başlayıb gerçək oldu

Aldığı xalçanı çox sevdiyini tez-tez dilə gətirən Bekkinin dostları ona "belə çox sevirsənsə, onunla evlənə bilərsən" deyiblər. Dostlarının əyləncə məqsədilə dediyi bu sözü ciddi qəbul edən Bekki də xalça ilə özünə nikah mərasimi təşkil edib.

Qeyd edək ki, Bekki daha əvvəl ailəli olub və azyaşlı övladı var. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.