Maraqlı

Türkiyədə evi necə almaq olar? - ŞƏRTLƏR

12 Dekabr 2019 23:25
0 Şərh     Baxış: 1 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə qanunlarına edilmiş dəyişikliyə əsasən, əcnəbilərə ölkə ərazisində daşınmaz əmlak almağa icazə veriləndən sonra Türkiyənin inşaat sektorunda canlanma müşahidə olunmağa başlayıb.

Milli.Az fed.az-a istinadən bildirir ki, bu sektora maraq göstərən əcnəbilər arasında keçmiş SSRİ məkanından və ərəb ölkələrindən olan müştərilər də az deyillər.

Türkiyədən mənzil almaq istəyən Azərbaycan vətəndaşı nələrə diqqət etməlidir?

Əvvəlcə mənzili nə məqsədlə aldığına baxmalıdır - mənzil investisiya məqsədli, yoxsa yaşamaq məqsədi iləmi alınacaq? İnvestisiya məqsədli mənzil alınacaqsa, inşaatı davam edən layihələrdən mənzil almaq daha sərfəlidir. Çünki layihənin başlanğıcında mənzil alınsa, layihə bitimində ortalama 20 faiz dəyər qazana bilər.

Yaşamaq məqsədi ilə mənzil alınırsa, bunun yeni tikilən binalardan olmalısı məsləhər görülür. İstanbulda ən son texnologiya ilə inşa olunmuş binalar var. Bu binaların içində alış-veriş mərkəzi, idman sahələri, uşaq parkları, üzmə hovuzu kimi sosial imkanlar var. Bundan başqa, müasir texnologiya ilə inşa edilmiş binalar zəlzələyə davamlıdır. Yeni binalardan mənzil alınması daha sərfəlidir. Mülk alınacaq şirkətin seçimi də çox əhəmiyyətlidir. Hər ölkədə olduğu kimi, Türkiyədə də hər şirkətdən mənzil alınmaz. Bu səbəblə mənzil alarkən şirkətin keçmiş referanslarını, daha əvvəl tamamlayıb təslim etdiyi mənzillərin layihələrini araşdırmaq lazımdır. Tətil məqsədli, bağ evi alınacaqsa, yenə inşa edən şirkətin nə qədər etibarlılığını yaxşı araşdırmaq lazımdır.

Türkiyədən mənzil almaq istəyən Azərbaycan vətəndaşı hansı prosedurlardan keçməlidir?

Torpaq sahəsi alınıbsa, fərdi şəxslər və şirkətlər, aldıqları torpaq üzərində layihə həyata keçirə biləcəklər.

Ev alqı-satqısı zamanı Tapu Müdürlüyünə (Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı Müdürlüyü) müraciət edilməlidir. Bunun üçün bu sənədlər təqdim edilməlidir;
 

* Şəxsiyyət vəsiqəsi və pasport;

* Oturum izninə tabe olanların Emniyyet Müdürlüyündən alacaqları rəsmi sənəd;

* Etibarnamə istifadə edənlərin etibarnamə əsli və notarius tərcüməsi.

* Ev alış-veriş əməliyyatlarında xərclər; Bir Azərbaycan vətəndaşının qarşılaşacağı xərclər isə belədir;

* Alqı-satqı vergisi;

* Dövriyyə ödənişi;

* Pasport tərcüməsi;
 

* Eskiz ödənişi. Alınan mənzilin tapusunu (qeydiyyat sənədini) alma əməliyyatı üçün İstanbul xaricindəki şəhərlərdə müddət bir neçə gündür. İstanbulda isə Hərbi Təhlükəsizlik araşdırması səbəbiylə prosedur 45 gün çəkə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.