Maraqlı

Xroniki öskürəyə qarşı təbii üsul

14 Dekabr 2019 22:35
0 Şərh     Baxış: 1 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Öskürək xüsusilə payız-qış aylarında qarşılaşdığımız ən bezdirici problemlərdəndir. Bəs xroniki öskürəyə qarşı ən yaxşı nə təsir edə bilər?
Milli.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər öskürəkdən xilas olmaq üçün evdə hazırlanacaq təbii bir sirop təklif edirlər. 1 litr suyun içinə incə dilimlərlə bölünmüş 1 ədəd qabıqlı almanı çay kimi, içməyin müsbət təsir göstərdiyini söyləyən mütəxəssislər, bəlğəm gətirən sirop reseptini veriblər.

Lazım olan materiallar: 1 orta ölçülü baş soğan, 1 limonun suyu, 1 stəkan qaynar su, 3 xörək qaşığı bal, 1 diş sarımsaq, 1 balaca qaşıq darçın, balaca qaşığın 1/2 qədər zəncəfil.

Soğanı və sarımsağı doğrayıb bankaya qoyun. Üzərinə 1 su stəkanı qaynar su əlavə edin. Soyuduqdan sonra süzün. Bal, limon suyu, zəncəfil və darçını əlavə edin. Yaxşıca çalxalayın. Bu qarışıq bəlğəm gətirici xüsusiyyətə malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.