Maraqlı

Çin də ABŞ şirkətlərinə embarqo qoydu - Windows-dan İMTİNA EDİR

14 Dekabr 2019 08:01
0 Şərh     Baxış: 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin hökuməti bütün dövlət qurumlarına göstəriş verib ki, 3 il ərzində bütün xarici kompyuter avadanlıqlarından, proqram təminatlarından, istifadəni dayandırsınlar.

Milli.Az fed.az-a istinadən xəbər verir ki, göstəriş artıq həyata keçirilir.

"Financial Times" iddia edir ki, bu addım Microsoft, Dell və HP kimi şirkətlərə böyük zərbə olacaq.

Məlumata görə, bu ilin əvvəlində göndərilən gizli təlimat, rəsmi Pekinin xarici texnologiya bazarını öz əlinə keçimək istəyinin sübutudur.

Ekspertlərin fikrincə Çinin bu planı həyata keçirməsi üçün 20-30 milyon ədəd avadanlıq lazım olacaq. Plana əsasən 2020-ci ildə 30%, 2021-ci ildə 50%, 2022-ci ildə bütün ölkədəki xarici avadanlıqlar yerli məhsullarla əvəzlənəcək. Bu siyasət "3-5-2" adını alıb.

Bu qərar, ABŞ-ın istehlakçılarını Çin telekommunikasiya nəhəngi "Huawei"-nin məhsullarından imtina etməyə məcbur etmək istəyinə bənzəyir.

Belə bir planı rəsmi Vaşinqton "Huawei"-ə tətbiq etmişdi ki, Avropa məhsulları Çin istehsalçıları ilə rəqabətə tab gətirə bilsin.

Həmçinin ABŞ Avropaya təzyiq göstərir ki, "Huawei"in dəstəyi ilə olacaq 5 G infrastruktur layihələri "dondurulsun". Ümumilikdə artıq ABŞ 2 ildir ki, bu sahədə çalışan Çin şirkətlərininin işini məhdudlaşdırılmasına çalışır.

Materialda deyilir ki, qərb proqramlarını əvəz etmək daha çətin görünür, çünki Çin əməliyyat sistemləri, məsələn Kylin OS, daha yoxsul ekosistemə sahibdir, yəni bir çox əsas tətbiqetməyə sahib deyil. Bununla belə Çin hökuməti , Windows'un, xüsusən də Çin üçün Microsoft tərəfindən buraxılmış "hökumət" versiyasından tamamilə imtina edilməsini təkid edir.

ABŞ texnologiya şirkətləri Çindəki satışdan təxminən 150 milyard dollar gəlir əldə edirlər. Gəlirlərin çox hissəsi özəl sektordan gəlsə də, zərbə təsirli olacaq.

Vaşinqton "Huawei"i Çin hakimiyyətinin maraqları naminə texnologiya və casusluqda ittiham edir. Şirkət isə öz növbəsində bu cür ittihamları bazar mövqeyini sarsıtmaq cəhdi adlandırır. ABŞ-ın təzyiqinə baxmayaraq, Avropa hələ də Çin şirkətləri ilə müqavilələrdən imtina etməyib. Bütün bu fonda "Huawei" sanksiyaların nəticələrini həll etdiklərini iddia edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.