Maraqlı

Rəqəmsal yayım sektorunun lideri kim olacaq?

14 Dekabr 2019 08:21
0 Şərh     Baxış: 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son olaraq, Apple TV+ və Disney+-ın daxil olduğu rəqəmsal yayım sektorunda işlər xeyli qızışıb. Bəs sektorun lideri kim olacaq? EMarketer-in təhlilinə görə, Netflix və YouTube üçün qarşıdakı bir neçə il olduqca çətin olacaq.

Təhlillərə əsasən Netflix-in gündəlik video izləmə müddəti içindəki payı bu il 27% ilə zirvəyə çatacaq və sonra iki ildə 25,7% -ə düşəcəkdir. Şirkət, 2017-ci ildə 26,6% paya sahib olan və 2021-ci ildə kəskin şəkildə 21,7% -ə düşəcək olan YouTube-dan qabaqda yer alacaq.

Milli.Az techland.az-a istinadən bildirir ki, rəqəmsal video sektorunda yeni rəqabət olacağını öngörən rəqəmsal tədqiqat şirkəti- eMarketer-in verdiyi məlumata görə, yeni video axın xidmətləri Netflix-in oturacağını silkələməyə başlayıb, Netflix-in bazar payının bir hissəsini oğurlamağı bacarır. Hesabatlarda deyilir ki, uzun müddətdir lider olan Netflix və YouTube ekran paylarını artırmağa davam edəcəklər, lakin sənaye balansları bir qədər dəyişə bilər.

WarnerMedia-nın yüksək profilli axın xidməti olan HBO Max kimi digər xidmətlərin bazara daxil olması ilə daha da böyük rəqabət olacaq. Sektorda yeni bir addım atan bu xidmətlər təbii olaraq Netflixin tortundan bir pay alacaq və şirkətin müştərilərindən oğurlayacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.