Maraqlı

Yeni Lynk&Co 05 kupe krossoveri təqdim edildi

14 Dekabr 2019 22:15
0 Şərh     Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Lynk&Co şirkəti rəsmi olaraq yeni, inkişaf etmiş Lynk&Co 05 krossoverini təqdim edib.

Ekspertlər qeyd ediblər ki, təklif olunan nüsxə Lynk&Co 01 kompakt modelinin daha modernləşdirilmiş modifikasiyasıdır. İstehsalçılar müasir baş optikasının, radiatorun yenilənmiş barmaqlığının, eləcə də digər xarici parametrlərin tətbiqi üzərində çalışıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, salonda böyük 12,7 düym ölçüdə ekran gözə çarpır. Lynk&Co-dan olan yeni krossoverin kapotunun altında 190 at gücündə olan 2 litrlik benzin mühərriki quraşdırılıb, model 8 pilləli avtomatik transmissiya alıb. Avtomobilin satışının başlanğıcı 2020-ci ilin əvvəlində planlaşdırılır, dəyəri də elə həmin vaxt açıqlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.