Maraqlı

Nəhəng qalaktik "qatil" tapıldı

14 Dekabr 2019 19:45
0 Şərh     Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maks Plank Cəmiyyətinin Xarici Fizika İnstitutu və Münhen Universiteti Rəsədxanasının astronomlarının kəşfinə əsasən, təxminən "Holm 15A" sönmüş qalaktikada 40 milyard Günəş ağırlığında bir qara dəlik var.

Tədqiqatçılar, Bavariya Alplarında yerləşən Vendelstein Rəsədxanasının və VLT (çox böyük teleskop) vasitəsi ilə əldə etdiyi fotometrik məlumatları təhlil edib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, "Holm 15A" qallaktikası Yerdən 700 milyon işıq ili məsafədə yerləşən "Abell 85" qalaktikalarının yığılma yerində yerləşir. O, yığılma yerinin mərkəzi sayılaraq, təxminən iki trilyon Günəş kütləsinə malikdir. Qara dəlik "Holm 15A" kütləsi birbaşa qalaktik nüvənin ətrafındakı ulduzların hərəkətlərinə əsaslanır. Əvvəllər bu üsul, Yerə ikiqat yaxın bir qara dəlik kütləsini hesablamaq üçün istifadə olunurdu. Nəticələr göstərmişdir ki, qalaktikanın mərkəzindəki obyekt, lokal kainatın ən kütləvi qara dəliyidir. Yalnız Yerdən təqribən 10 milyard işıq ilində yerləşən kvassların bir hissəsi olan qara dəliklər, oxşar və ya daha böyük bir kütləyə sahibdir. "Holm 15A" qallaktikasının böyük kütləsinə və ölçüsünə baxmayaraq, kiçik bir parlaqlığa malikdir. Alimlər bunun kiçik qalaktikaların birləşməsinin nəticəsi olması ilə əlaqələndirirlər. Qara dəlikləri arasındakı cazibə qüvvələri, ulduzları "Holm 15A" mərkəzindən uzaqlaşdırmışdır, nəticədə yeni ulduzların meydana gəlməsi üçün qaz qalmamışdır, bu da nüvənin tükənməsinə səbəb olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.