Maraqlı

Kaspersky bu dəfə smartfon dünyasına addım atdı

14 Dekabr 2019 21:10
0 Şərh     Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kaspersky" laboratoriyası məhsul şəbəkəsini genişləndirməyi planlaşdırır.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət "Kaspersky ƏS" ilə işləyən etibarlı smartfon istehsal etməyi planlaşdırır. Şirkətin nümayəndələri artıq smartfon barədə bəzi təfərrüatları açıqlayıblar.

Görünür, bundan sonra "Kaspersky" laboratoriyası üçün prioritet sahə yerli əməliyyat sistemlərinin nəzarəti altında işləyən korporativ smartfonların istehsalı olacaq. "KasperskyOS" biznes inkişafının rəhbəri Qriqori Sizovun sözlərinə görə, şirkət hazırda cihaz konsepsiyasını hazırlayır və tədarükçülərlə danışıqlar aparır.

Şirkət smartfonu 2020-ci ilin sonuna qədər təqdim etməyi planlaşdırır. Yeniliyin əsas xüsusiyyəti haker hücumlarından qorunması və əlavə antivirus proqramının quraşdırılmasına ehtiyac olmamasıdır.

"Smartfonun kibermüqaviməti "müdafiə hücumdan daha qüvvətlidir" iş prinsipi  ilə işləyir. Bütün cihazların müqavimətini qırmaq olar, amma biz elə etməliyik ki, bu kibercinayətkarlara sərf etməsin", - deyə Q.Sizov bildirib.

Smartfonun təqdimatının dəqiq tarixi və texniki xüsusiyyətləri isə hələ tam açıqlanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.