Maraqlı

Tbilisi meriyası Yeni il şənliklərinə 700 min dollara yaxın vəsait xərcləyəcək - FOTO

11 Dekabr 2019 21:47
0 Şərh     Baxış: 1 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tbilisi meriyası Yeni ili daha rəngarəng qarşılamaq üçün 1 milyon 996 min lari (təqribən 700 min ABŞ dolları) ayırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Yeni il tədbirləri bu il dekabrın 25-də paytaxt Tbilisidə əsas meydanda yolkanın işıqlandırılması ilə başlayacaq və 2020-ci il yanvarın 13-dək davam edəcək.

Yeni il şənlikləri əsasən paytaxt Tbilisinin Respublika meydanı və Orbeliani meydanında baş tutacaq.

Bildirilib ki, Yeni il tədbiri üçün paytaxt Respublika meydanında "Yeni il şəhəri" qurulacaq. Burada müxtəlif tədbirlər və şənliklər, eləcə də yarmarkalar təşkil olunacaq.

Paytaxt Tbilisi ilə yanaşı, region sahibkarları, fermer və fərdi təsərrüfat sahibləri şəhərdə yaradılmış yarmarkalarda məhsullarını satacaqlar.

Milli azlıq nümayəndələri də yarmarkalarda milli geyim, bəzək və mətbəx nümunələrini nümayiş etdirəcək, sata biləcəklər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.