Maraqlı

“Huawei” öz əməliyyat sisteminin təqdimetmə tarixini açıqlayıb

12 Dekabr 2019 07:11
0 Şərh     Baxış: 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Huawei" şirkətinin nümayəndəsi "Android" sisteminin əvəzetməsi kimi hazırlanan "HarmonyOS" əməliyyat sisteminin idarəetməsi altında işləyən ilk smartfonun 2020-ci ilin avqustunda təqdim ediləcəyini rəsmən elan edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Huawei"nin proqram təminatının hazırlanması bölməsinin rəhbəri Van Çenqlu deyib ki, sözügedən əməliyyat sistemi həm yerli, həm də qlobal bazarlar üçün istehsal edilmiş smartfonlar üçün əlçatan olacaq. Lakin Çenqlu qeyd edib ki, şirkət hələ ki öz smartfonları üçün "Android" sisteminə üstünlük verir.

O, həmçinin deyib ki, "HarmonyOS" sistemi açıq koda malikdir və davamlı olaraq təkmilləşdirilir. Şirkətin nümayəndəsi bildirib ki, sözügedən əməliyyat sistemi yalnız smartfonlar üçün deyil, həm də Çin istehsalçısının "ağıllı" saat, kompüter və başqa cihazlarında tətbiq edilə bilər. "Counterpoint Research" tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2020-ci ildə 2% bazar payına malik olacaq "HarmonyOS" sistemi populyarlığına görə beşinci əməliyyat sistemi olacaq.

Bildirək ki, "HarmonyOS" əməliyyat sistemi avqustun 9-da təqdim edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.