Maraqlı

“Apple” şirkəti 2020-ci ildə beş yeni “iPhone” modeli təqdim edə bilər

12 Dekabr 2019 08:11
0 Şərh     Baxış: 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" korporasiyası gələn il eyni vaxtda beş yeni nəsil "iPhone" modelini təqdim edə bilər. Bu haqda "TF Securities" şirkətinin analitiki Minq-Çi Kuonun hesabatına istinadən "Macrumors" portalı yazıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ABŞ korporasiyasının 6,7 düymlük diaqonallı ekrana malik üçkameralı smartfon təqdim edəcəyi gözlənilir. Üçkameralı daha bir aparat 6,1 düymdən böyük olmayan ekranla təchiz ediləcək.

İkikameralı yeni cihazın displeyi, həmçinin eyni diaqonala malik olacaq. Daha bir ikikameralı "iPhone" modeli 5,4 düymlük diaqonala malik ekranla təchiz ediləcək. Nəhayət, yeni istehsal xətti üzrə ən kiçik smartfon 4,7 düym diaqonallı ekrana malik olacaq.

Analitikin fikrincə, sonuncu cihaz 4 düymlük diaqonallı ekranla təchiz edilmiş "iPhone SE" qurğusunu əvəz etmək üçün nəzərdə tutulub və "iPhone SE2" adlandırıla bilər. Bu smartfon daha güclü "A13" prosessoru ilə təchiz ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.