Maraqlı

Ənənəvi nəqliyyat vasitələrinin alternativi hazırlanıb

12 Dekabr 2019 08:25
0 Şərh     Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Manyone" şirkəti ənənəvi nəqliyyat vasitələrinin unikal alternativini hazırlayıb. Belə ki, özündə təyyarə və qatarın üstünlüklərini birləşdirən "AeroSlide" adlı konsept adi relslər əvəzinə, innovativ maqnit halqalar sistemindən istifadəni nəzərdə tutur. Qatar məhz halqaların daxilində sürətlə hərəkət edəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "AeroSlide" qatarı quraşdırılmış maqnit halqalar daxilində hərəkət etməklə yerə toxunmayacaq. Elektromaqnit sahələr sayəsində 250 metrlik qatar saatda 800 km sürətlə hərəkət edəcək. Bundan başqa, alimlər tərəfindən qatarın çəkisinin azaldılması üçün üsul kəşf edilib. Alimlərin fikrincə, buna helium rezervuarlar vasitəsilə nail olmaq mümkün olacaq.

Şirkət mütəxəssisləri tərəfindən artıq qatarın mümkün marşrutu hesablanıb. "AeroSlide" qatarının Avropa, Asiya və Afrikanın 41 şəhərindən keçəcəyi nəzərdə tutulur. Alimlərin sözlərinə görə, yeni nəqliyyat Moskvadan Şanxaya olan məsafəni 10 saata qət edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.