Maraqlı

“5G” dəstəkli “Xiaomi” smartfonları iki rejimdə işləyəcək

12 Dekabr 2019 08:35
0 Şərh     Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xiaomi" həmtəsisçisi və prezidenti Lin Bin şirkətin beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən smartfonların buraxılışı ilə bağlı planlarını açıqlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Çin şirkəti "5G" istiqamətinin inkişafına böyük diqqət yetirmək niyyətindədir. Məsələn, artıq 2020-ci ildə "Xiaomi" qiyməti 300 dollardan baha bütün smartfonları "5G" dəstəyi ilə təchiz etməyi planlaşdırır.

Yaxın günlərdə şirkət tərəfindən "5G" modifikasiyasında da buraxılacaq "Redmi K30" smartfonlarının təqdimatı nəzərdə tutulur. Şirkət prezidenti bu qurğuların buraxılışını şərh edib.

"Redmi K30" modelindən başlayaraq bütün "5G" smartfonları "NSA" və "SA" şəbəkələrini dəstəkləyəcək", - o qeyd edib.

Başqa sözlə, "5G" dəstəkli gələcək "Xiaomi" smartfonları avtonom olmayan (NSA) və avtonom olan (SA) arxitekturalı beşinci nəsil mobil rabitə şəbəkəsini təmin edəcək modemlə təchiz ediləcək.

Məlumata görə, bu qurğular bütün dünyada işləyəcək. "5G" dəstəyi ilə yanaşı, bütün əvvəlki nəsil şəbəkələrdə işləmə imkanının tətbiq ediləcəyi gözlənilir.

"IDC" analitik şirkətinin qiymətləndirməsinə görə, "Xiaomi" aparıcı smartfon tədarükçüləri reytinqində dördüncü yeri tutur. Bu ilin üçüncü rübündə şirkət 32,7 milyon qurğu tədarük edərək dünya bazarında 9,1 faiz paya sahib çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.