Maraqlı

iPhone 12 istifadəçilərə fərqli nə yeniliklər verəcək?

12 Dekabr 2019 22:55
0 Şərh     Baxış: 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apple şirkəti iPhone 11 təqdimatı ilə bağlı çox tənqid edilmişdi. Yeni iPhone-ların ciddi yeniliklər gətirməməsi və qiymətlərin buna baxmayaraq baha olması istifadəçiləri qəzəbləndirmişdi. 3 ay əvvəl yeni iPhone 11 telefonlarının təqdim edilməsinə baxmayaraq artıq iPhone 12 ilə bağlı məlumatlar aşkarlanır. Apple növbəti ilin flaqmanları üçün ciddi hazırlıqlara başlayıb və görünən odur ki, Android rəqiblərindən heç də geri qalmamağa çalışacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, iPhone 12-də barmaq izi sensorları geri qayıdır. Ekrana inteqrasiya edilmiş barmaq izi texnologiyasından istifadə ediləcək.

Economic Daily News tərəfindən sızdırılan məlumatlara görə 2020-ci ildə istehsal olunacaq növbəti flaqman iPhone modelləri ekrana inteqrasiya edilmiş barmaq izi sensoru olan ilk iPhone modelləri olacaq. Növbəti həftələrdə Apple rəsmilərinin iPhone istehsalçısı Foxconn ilə bu haqda danışıqlar edəcəyi də deyilir. Güman edilir ki, yeni iPhone 12-lərdə Ultrasonik barmaq izi sensorlarından istifadə ediləcək. Bu texnologiyanı daha əvvəl Galaxy S10 və Note 10 modellərində görmüşdük. Digər barmaq izi sensorlarından fərqli olaraq Ultrasonik sensorlarda barmağınız sulu olsa belə sensor barmağı tanıyaraq cihazı kiliddən çıxara bilir. Həmçinin Apple şirkətinin barmaq izi sensoru texnologiyasına malik şirkətlər ilə görüşdüyü, hətta özlərinə məxsus yeni bir texnologiya hazırladıqlarından belə bəhs edilir.

Gələn il 4 iPhone 12 modeli təqdim olunacaq və hamsı 5G dəstəkləyəcək. Lakin bu 5G-lər arasında sürət fərqləri olacaq.

Digər sızdırılan məlumatlar isə yeni iPhone 12-lərin sayı və istifadə ediləcək texnologiyalar ilə bağlıdı. Əldə olunan məlumatlara görə gələn il 4 iPhone 12 modeli təqdim ediləcək. Bunlardan 2-si Standart iPhone 12 olduğu halda, digər ikisi Pro versiya olacaq. Hər 4 model 5G dəstəkləyəcək, lakin standart versiyalarda 6 Ghz tezlik zolağından daha azını istifadə edən qismən yavaş 5G texnologiyasını dəstəkləyərkən, Pro versiyalarda isə mmWave adı verilən və ən sürətli 5G bağlantısını təmin edən texnologiya istifadə ediləcək. Qeyd edək ki, Standart versiyalarda 2 arxa kamera olduğu halda Pro adlandırılan versiyalarda 3 arxa kamera sistemi və World-Facing 3D Sensing adı verilən şəkillərdə dərinlik aşkarlama texnologiyasına malik olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.