Maraqlı

Bu hadisəyə inanmaq çətindir - Tək qalmaqdan qorxan kişi görün nə etdi

10 Dekabr 2019 20:04
3 Şərh     Baxış: 1 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyada 61 yaşlı kişi təklik qorxusundan ölmüş atasını dəfn etməyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, anası öləndən sonra 40 il evdə oturub və atasının pensiyası ilə dolanaraq işə getməyib.

"SCMorning Post"un xəbərinə görə, atası öldükdən sonra bu barədə heç kimə deməyən şəxs bir neçə həftə ölmüş atasını yuyundurub, çürümüş bədəninə təmiz paltar geyindirib.

Qonşular onun evindən pis qoxu gəldiyini polisə bildiriblər.

Məhkəmədə həmin şəxs atasını aparandan sonra tək qalacağınından qorxduğu üçün təcili yardım çağırmadığını, kimsəsiz olduğunu bildirib.

Qarşı tərəf isə onu atasının pensiyasından istifadə etmək üçün onun öldüyünü gizlətdiyini deyib.

Məhkəmə yapona iki il sınaq müddəti ilə bir il həbs cəzası verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.