Maraqlı

Aviasərnişinlərin 3 ən sevimli məşğuliyyəti bu imiş

10 Dekabr 2019 08:42
0 Şərh     Baxış: 1 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ucuz biletlərin axtarışı üzrə turist servisi səyahətçilər arasında sorğu keçirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, onlar uçuş vaxtı üstünlük verdikləri məşğuliyyətlərini açıqlayıb. Sorğuda 26 min insan iştirak edib. Təyyarə sərnişinlərinin 40%-i həmin vaxt yatmağa üstünlük verdiyini bildirib.

Bir çox səyahətçilər öz komfortlarını təmin etməyə çalışır - özləri ilə boyun üçün yastıq, yatmaq üçün maska götürür, eləcə də uçuş üçün rahat geyim seçirlər. Bəzi sərnişinlər uçuş vaxtı doyunca yatmaq üçün təyyarə reysinə qədər ayıq qalır. Respondentlərin bir qismi yuxu dərmanı qəbul edir.  

Yuxusu gəlməyən 29% sərnişin musiqi dinlədiyini və ya film izlədiyini açıqlayıb.

Sorğuda iştirak edənlərin 17%-i isə uçuş vaxtı kağız və ya elektron kitablar oxumağa üstünlük verdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.