Maraqlı

İtaliyada dünyanın ən hündür yolkası işıqlarını yandırıb

9 Dekabr 2019 23:21
1 Şərh     Baxış: 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada dünyanın ən hündür yolkası öz işıqlarını yandırıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu ölkənin Qubbio şəhərində Yeni il yolkası işıqlarının yandırılması mərasimi keçirilib.

Şəhərin ətrafındakı İncino dağının ətəyində quraşdırılan hündürlüyü 750 metr, eni 450 metr olan Yeni il yolkasında rəngarəng işıqlandırma sistemi mövcuddur. Belə ki, həmin sistemdə 700-dən çox elektrik kabeli ilə birləşdirilən neon lampalarından istifadə olunub. Yolkanın zirvəsində hər beş dəqiqdən bir rəngini dəyişən Yeni il ulduzu var. Neon lampaları olan yolka Qubbio şəhərində artıq 38 ildir quraşdırılır. Onu ilk dəfə könüllülər qurublar. Qubbionun "Yeni il gözəlini" dünyanın ən böyük yolkası kimi 1991-ci ildə Ginnesin Rekordlar Kitabına daxil ediblər. 2014-ci ildə isə onun işıqlarını Roma Papası Fransisk yandırıb. Yolkanın rəngarəng işıqları yanvarın sonuna qədər şəhər sakinlərinin və qonaqların gözünü oxşayacaq.

Qeyd olunur ki, Yeni ilin rəmzi bütün dünyadan turistləri də Qubbio şəhərinə cəlb edir. Yolkanın qurulması mərasimi gecənin qaranlıq səmasını parlaq işıqlara qərq edən atəşfəşanlıqla müşayiət olunub. Bu il mərasim iştirakçılarına öz doğma adamına həsr etdiyi ulduzu seçmək təklif olunub. Əldə olunan gəlir isə "Save The Children" fondunun hesabına köçürüləcək.

Dünyanın ən bahalı Yeni il yolkası isə İspaniyada qurulub. Onun üzərinə asılan "Chanel" və "Louis Vuitton" oyuncaqlarının qiymətinin bir neçə milyon avro olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.