Maraqlı

Rəssam həmkarının 120 minlik əsərini yedi

8 Dekabr 2019 18:45
1 Şərh     Baxış: 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəssam Devid Datuna ABŞ-ın Mayami şəhərində keçirilən "Art-Bazel" müasir incəsənət sərgisində nümayiş olunan həmkarı Maurizio Kattelana məxsus əsəri yeyib.

Milli.Az Kult.az-a istinadən xəbər verir ki, əsər divara yapışdırılmış banan olub və Fransadan olan kolleksiyaçıya 120 min dollara satılıbmış.

Rəssamın sözlərinə görə, bananı yeməklə "Ac rəssam" performansını yaradıb.

"Banan isə çox dadlı idi", - Datuna bildirib.

Sərginin təşkilatçıları divara yeni banan yapışdırıblar. Əsərin yanında polis keşik çəkir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.