Maraqlı

Steyk və burgerlər ömrü qısaldır, xərçəng yaradır – ALİMLƏR

7 Dekabr 2019 20:12
0 Şərh     Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çox miqdarda steyk və burqer yemək erkən ölümə, həmçinin prostat xərçənginə səbəb olur.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Kanada Universitetinin alimlərinin apardıqları tədqiqatlar nəticəsində məlum olub ki, yağlı və qızarmış ət prostat xərçənginə səbəb olan MYC genini aktivləşdirir.

Təcrübədə 319 nəfər prostat xərçəngi xəstəsinin həyat tərzi, qidalanması barədə informasiya toplanıb. Məlum olub ki, doymuş heyvani yağlar, fast-fud, burgerlə qidalananlar bu xəstəliyə 4 dəfə daha artıq yoluxur, daha erkən ölürlər, nəinki heç yeməyənlər.

Burger, steyk, pitsa yeyənlərin qanında MYC zülalı artmış olur, bu da xəstəliyi aqressivləşdirir.
Vegeterian dietası saxlayanlarda isə bu zülal daha aşağı səviyyədə olur.

Tədqiqatçılar siçanlar üzərində təcrübə aparıblar. Siçanlarda prostat vəzi xərçəngi yaradıb, sonra onları 2 qrupa bölərək, bir qrupu qırmızı ət, qızarmış ət, doymuş yağ turşuları ilə yedizdirib, digər qrupu isə bitki-tərəvəzlə yedizdiriblər.
Birinci qrup qırmızı ət yeyənlərdə xərçəng daha kəskin inkişaf edib və bu qrupun siçanları digər qrupdan daha tez ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.