Maraqlı

Barselona səkkizinci oldu

9 Dekabr 2019 04:30
0 Şərh     Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Barselona "Cities for the Best Work-Life Balance 2019" reytinqində (iş və şəxsi həyat arasında tarazlığın yüksək səviyyədə olduğu şəhərlərin reytinqi) səkkizinci yeri tutub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Kataloniya paytaxtı yalnız Helsinki, Münxen, Oslo, Stokholm, Berlin və Sürix şəhərləri ilə ayaqlaşa bilməyib. İlk onluğu Paris və Vankuver şəhərləri tamamlayıb.

Reytinqi tərtib edənlər ispanların uzun sürən nahardan sonra yatıb dincini almaq ənənəsini qeyd edərək bildirirlər ki, bu iş prosesinə bir qədər mane olur. İri şəhərlərdə işəgötürənlər bu ənənəni aradan qaldırmağa çalışırlar. Onlar vurğulayırlar ki, Barselonada bayram günlərinin sayı dünyanın digər şəhəri ilə müqayisədə çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.