Maraqlı

Veteranın pensiyasını peçenye ilə ödədilər

9 Dekabr 2019 01:30
0 Şərh     Baxış: 1 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Ufa şəhərində əmək veteranının başına iş gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, veterana ödənilməli olan 13 min 127 rubl məbləğində təqaüd poçtalyon tərəfindən qəribə şəkildə sahibinə çatdırılıb. Belə ki, qocaya 13 min 100 rubl ödəyən poçt işçisi 27 rubl əvəzinə peçenye verib. Poçtalyon bunu onunla izah edib ki, onlara yalnız 100 rublluq məbləği ödəmək tapşırılıb.

Veteranın qızının sözlərinə görə, atası eşitdiklərindən özünə gəlməmiş poçt nümayəndəsi oradan uzaqlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.