Maraqlı

"Apple" 2020-ci ildə 5 yeni "iPhone" təqdim edə bilər

7 Dekabr 2019 08:23
0 Şərh     Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn il, "Apple" şirkəti beş yeni "iPhone" modelini təqdim edə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, amerikan korporasiyasının ekran diaqonalı 6,7 düym olan üç kameralı smartfon buraxacağı gözlənilir. Üç kameralı daha bir yeni məhsul, 6.1 düym ekran ölçüsündə olacaq.

Eyni diaqonalda iki kameralı və 5,4 düym bir kameralı, və nəhayət ən balaca - 4,7 düym diaqonallı smartfonlarda gözlənilən yeni xəttdə yer alacaqlar.

"TF Securities" analitiki Minq-Çi Kyonun sözlərinə görə, sonuncu 4,7 düym diaqonalı olan smartfon, daha güclü A13 prosessorla təchiz olunaraq "iPhone SE2" modelini əvəz edə bilər və istehsalı 2020-ci ilin birinci yarısında başlamalıdır.

Qalan 4 modelin istehsalı isə 2020-ci ilin ikinci yarısında başlanacaq və hər biri 5G ilə işlıyəcək. .

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.