Maraqlı

YENİLİK! Diabet xəstəliyi eynəklə müəyyən ediləcək

8 Dekabr 2019 15:07
0 Şərh     Baxış: 1 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ və Braziliya alimləri tərəfindən istifadəçinin göz yaşları vasitəsilə qanda şəkərin səviyyəsini ölçə bilən eynək üçün biosensor hazırlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,cihazın dünya üzrə şəkərli diabet xəstəliyindən əziyyət çəkən 380 milyon insana kömək edəcəyi gözlənilir.

Eynəyə quraşdırılmış yeni biosensor istifadəçinin göz yaşında qlükozanın molekullarını müəyyən etməklə yanaşı, qanda şəkər, vitamin və alkoqolun səviyyəsini də ölçür.

Belə ki, qlükoza oksidi ilə təmas zamanı istifadəçinin göz yaşı elektronların axınını dəyişdirərək siqnal formalaşdırır. Daha sonra isə eynəyin qövsündə quraşdırılmış qurğuda yazılıb emal edilən nəticələr real vaxt çərçivəsində kompüterə və ya smartfona yönləndirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.