Maraqlı

Dünyada ilk dəfə bişirilən bənövşəyi çörək - Görənləri TƏƏCCÜBLƏNDİRİR

6 Dekabr 2019 23:43
1 Şərh     Baxış: 1 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada ilk dəfə olaraq Malatya daistehsal edilən bənövşəyi çörək görənlərin marağına səbəb olur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 12 illik araşdırmaların nəticəsində bənövşəyi rəngli meyvə və tərəvəzlərdən əldə olunan antioksidlərin xəmirə əlavə edilməsi nəticəsində bənövşəyi çörək istehsal olunub. Həmçinin, bu çörəyin qida dəyərinin yüksək olduğu bildirilir.

Mormiks adlı bir maddədən istehsal olunan bənövşəyi çörəkdən əlavə xəmir, simit, paxlava, peçenye və quru xəmir kimi bir çox digər çörək məhsulları da hazırlanır.

Çörəyə maraq çox olduğundan satışı da sürətlə artıb. Nəticədə bu un məmulatları artıq Ankarada da satışa çıxarılıb.

Türkiylə professor İhsan Kara bildirib ki, meyvə və tərəvəzlərdən alınan rəng piqmenti qətiyyən kimyəvi təsirli deyil. Bu antioksid üzərində bir çox mütəxəssislər çalışıb və onun faydalı olmasını sübut etmişdirlər.O həm də bənövşəyi çörək alıcılarına səslənərək bildirib ki, bu məhsul qətiyyən dərman deyil.

Professor bu çörəklərin özəllikləri və faydalarından da söz açıb. Onun sözlərinə görə çörəyin tərkibindəki mormiks faydalıdır. Hətta mormiksin əkər səviyyəsini, ürək-damar xəstəliklərini, yüksək qan təzyiqini, ürək və beyin damarlarını, tıkanıklığı, böyrək çatışmazlığını, qol və ayaq uyuşmaları, altzehimer və digər xəstəliklərə qarşı böyük bir müvəffəqiyyət qazandığı iddia edilir.

Bundan əlavə, Yaponiyada və bir çox ölkədə mormiksin bədənin bərpası üçün lazım olduğu qənaətinə gəlinib və ona görə də məcburi olaraq bir çox qidaya qatılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.