Maraqlı

Məşhur kosmetik məhsulların ölüm təhlükəsi

7 Dekabr 2019 15:24
0 Şərh     Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kolorado ştatından olan alimlər dırnaq lakı və onu təmizləmək üçün bir vasitənin təhlükəli səviyyədə uçucu üzvi maddələr yaydığını aşkar ediblər.

Milli.Az Lent.az-a istinadla bildirir ki, alimlərin iddiasınca, bu, tənəffüs sistemin pozulmasına, sonsuzluğa və xərçəng xəstəliyə yoluxmağa gətirib çıxara bilər.

Bu risk qrupuna ilk növbədə gözəllik salonlarının işçiləri - tez-tez manikür və pedikür edənlər daxildirlər.

Tədqiqatçılar manikür salonlarındakı benzol və formaldehidin səviyyələrini ölçərək onların kifayət qədər həddini aşdığını müəyyənləşdiriblər.

İşçilərin orqanizminin daim bu maddələrə məruz qalması isə 20 il ərzində xərçəng riskini kifayət qədər artırır.

Bundan əlavə, işçilərin 70 faizi baş ağrısı, dərinin və gözlərin qaşınması kimi əlamətlər barədə məlumat veriblər. 40 faizi isə çoxsaylı əlamətlərdən danışıb.

Mütəxəssislərin sözlərinə görə, əldə olunan nəticələr neft emalı sənayesi və avtomobil xidməti müəssisələrində çalışanların şikayətləri oxşardır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.