Maraqlı

Bu hotellərə gedənlər ya ölür, ya da qarət olunur - SİYAHI

6 Dekabr 2019 07:28
0 Şərh     Baxış: 2 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hotellərinin ərazisindən kənarda turistləri xoşagəlməz sürpriz gözləyən ölkələrin adları açıqlanıb.

Milli.Az xəbər verir ki, isti hava Latın Amerikasının əsas üstünlüyüdür. Bu isə qışda ruslar üçün cənnət deməkdir. Ancaq Cənubi Amerika ölkələrinə səyahət şəkildəki kimi görünməyə bilər.

"Sputnik" radiosunun redaktoru Elena Şpiz həmin ölkələrdə çətinliklərlə üzləşməmək üçün bəzi tövsiyələr verib:

"Əgər Cənubi Amerika ölkələrinə səyahətə gedirsinizsə, nəzərə almaq lazımdır ki, ideal şərtlər və gözəl mənzərə yalnız lüks hotellərdədir. Meksika, Braziliya və Venesuela xüsusilə riskli ölkələrdir. Oranın möhtəşəm təbiəti və bahalı hotelləri həddindən artıq yoxsulluqla qonşudur. Bu cür təzad kriminal hadisələrə yol açır".

Şpizin sözlərinə görə, zəngin turistlər yoxsul yerli əhalini qıcıqlandırır: "Tətilin planlaşdırıldığı bölgəni hərtərəfli araşdırmağa çalışın. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiada zamanı baş verənləri xatırlayın. Həmin vaxt turistlər və idmançılar qarət edildi. Təhlükəsizliyiniz üçün həmin yerlərə getməməlisiniz. Özünüzlə zinət əşyaları və çox pul götürməyin. Təvazökar davransanız, yerli əhali qıcıqlanmayacaq". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.