Maraqlı

“Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq

5 Dekabr 2019 19:30
Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən cari ilin "Nəsimi ili" elan olunması ilə bağlı dövr ərzində silsilə tədbirlər keçirilmişdir.

Milli.Az xəbər verir ki, tədbirlərin davamı olaraq dekabrın 27-də Heydər Əliyev Sarayında Xalq artisti Firəngiz Əlizadənin "Nasimi Passion" əsəri əsasında vokal-xoreoqrafik tamaşanın nümayişi nəzərdə tutulmuşdur.

Əsərin xoreoqrafik quruluşu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi dəvətinə əsasən Sankt-Peterburq Balet Akademiyasının professoru, Rusiya Federasiyasının Xalq artisti Edvald Smirnova həvalə olunmuşdur. Tamaşada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, habelə "Nəsimi poeziyası" adlı bədii qiraət müsabiqəsinin qalibləri iştirak edəcəklər.
Hazırda yaradıcılıq prosesinə start verilmiş "Nasimi Passion" vokal-xoreoqrafik tamaşasının dirijoru Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, baş xormeysteri Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanova, geyim və eskizlər üzrə rəssamı isə Nazim Yunusovdur.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 15- 50 manat təşkil edir. Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından əldə edə bilərsiniz. Əlaqə nömrəsi: 012-441-21-31

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.