Maraqlı

Top kimi atıla bilən dron: SQUID

10 Dekabr 2019 21:10
0 Şərh     Baxış: 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qatlana bilən bir dizayna malik SQUID, top kimi havaya atıldıqdan sonra açılır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Kaliforniya Texnologiya İnstitutu və NASA-nın Kaliforniyadakı Reaktiv Laboratoriyasının mühəndisləri tərəfindən yaradılan SQUID adlı dron, ballistik bir mərmi kimi ata biləcəyiniz furbol topu formasındakı dizaynıyla diqqət çəkir.

Dronu top şəklində yuxarı atdığınızda, ən yüksək nöqtəyə çıxdığı anda pərvanələri avtomatik olaraq açılıb uçmağa başlayır.

İzdihamlı bir mühitdə normal bir dron uçurmaq, olduqca təhlükəli ola bilər. Ancaq SQUID, atıldıqdan sonra pərvanələri açıldığından, bu kimi mühitlərdə hər hansı bir təhlükə yaratmadan istifadə edilə bilər.

Ayrıca dizayn qrupu, təbii fəlakət və ya təcili vəziyyət bölgələrində də SQUID dronunun olduqca rahat olacağına inanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.