Maraqlı

Dəstəmaz alan zaman üzü və əlləri yuyandan sonra hər dəfə kranı bağlamaq lazımdırmı?

10 Dekabr 2019 21:55
0 Şərh     Baxış: 1 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi böyük alimlər dəstəmaz əməllərinin arasında su kranını bağlayıb, sonra yenidən açırdılar. Məsələn, ovcu su ilə doldurandan sonra su kranını bağlayar, üzü yuyar, sonra yenidən kranı açıb, sağ əli yuyardılar. Bu hərəkətin səbəbi israfa yol verməmək idi. Əlbəttə, su qıtlığı olan yerlərdə bu cür etmək arzuolunan haldır.

Milli.Az islam.az-a istinadən bildirir ki, amma ümumilikdə dəstəmazı bu şəkildə almaq vacib deyil. Çünki adi insanların dəstəmaz alma müddəti o qədər də uzun çəkmir və bu müddət ərzində suyun israf olma ehtimalı azdır. İkincisi, su kranını tez-tez açıb-bağlamaq bəzi şəxslər üçün çətinlik törədə bilər. Çünki məsh çəkməzdən əvvəl məsh yerlərinin tamamilə quru olması vacibdir. Məshi əldə olan nəmliklə çəkmək lazımdır. Amma su kranı adətən yaş olduğu üçün onu açıb-bağlayan zaman kranın üstündəki su ovucu isladır. Bunun üçün ya su kranını birdəfəlik dəstəmazdan əvvəl açmaq, sağ ayağın üzərinə məsh çəkdikdən sonra sol əllə bağlamaq, ya da hər əməldən sonra əlin üstü ilə (məsh çəkilməyən tərəflə) kranı açıb-bağlamaq olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.