Maraqlı

2021-ci ildə smartfonlara alternativ təqdim ediləcək

7 Dekabr 2019 07:11
0 Şərh     Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun müddət istifadəçilər arasında populyar olan smartfonlar mobil bazardakı mövqeyini tezliklə tərk etməyə hazırlaşmır. "Qualcomm" şirkətinin prezidenti Kristiano Amon isə başqa fikirdədir. O deyib ki, 2 il sonra artıq digər qabaqcıl qurğular təqdim ediləcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, çip istehsalçısının sözlərinə görə, görünüşü ilə adi eynəklərdən seçilməyən "ağıllı" eynəklərin geniş istifadəsinə 2 il qalır. Perspektivdə "sosial təcrübəni dəyişdirəcək gələcəyin qurğuları" insanların identifikasiyası, bulud xidmətlərinə qoşulmaqda və sosial şəbəkələrdə axtarış üçün istifadə etmək mümkün olacaq. Belə qurğular, həmçinin video konfranslarda iştirak üçün də əlverişlidir: zəng edən şəxsin avatarı istifadəçinin gözü qarşısında nümayiş etdiriləcək.

"Onlar smartfonları əvəz etməyəcək, amma sizin tamamilə başqa qurğunuz olacaq. Eynəyin təkamülü haqqında düşünün" - "Qualcomm" şirkətinin prezidenti jurnalistlərə açıqlamasında deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.