Maraqlı

Kosmosda toqquşmaları izləməyə kömək edən yeni alət təqdim edilib

7 Dekabr 2019 08:01
0 Şərh     Baxış: 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Texas Universitetinin alimləri tərəfindən təqdim edilmiş yeni alət kosmosda obyektlər bir-birindən təhlükəli məsafədə olduğu təqdirdə onları izləyir. Alimlər bildiriblər ki, orbitdə peyk və kosmik zibillərin sayının artması ilə xidmətin aktuallığı yüksəlib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Conjunction Streaming Service Demo" adlandırılmış alət real vaxt rejimində yerətrafı orbitdə bir-birinə olduqca yaxın məsafədə yerləşən 1500-dək obyekti göstərir. X oxu üzrə vaxt, Y oxu üzrə bir-birinə yaxın məsafədə yerləşən iki kosmik obyekt arasındakı məsafə (0-dan 5-km-dək) izlənilir.

Tədqiqatçılar göy cisimlərini çoxlu sayda qövsdən ibarət qrafikin köməyi ilə izləyirlər. Qövsün dartılması onu göstərir ki, iki obyekt bir-birindən təhlükəli məsafədə yerləşir.

Hər bir qövs, həmçinin obyektin tipini göstərən rəngə malikdir. Yaşıl qövslər aktiv peykləri, sarı peyk və göy cismini, qırmızı isə iki göy cismini göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.